AZ

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi yol qəzasında vəfat edib » AzadMedia.az


Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.
Sumqayit24.az-ın məlumatına görə, qəza Novxanı–Pirşağı avtomobil yolunda qeydə alınıb. İlkin məlumata əsasən, Aynur Rzayevanın sərnişin qismində olduğu “Nissan” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.
Bildirilib ki, hadisə zamanı avtomobili mərhum hakim deyil, başqa bir şəxs idarə edib. Qəza nəticəsində ağır xəsarətlər alan Aynur Rzayeva xəstəxanaya çatdırılsa da, həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Nəqliyyat vasitəsini idarə edən sürücü də müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Hazırda onun vəziyyətinin ağır olduğu və cərrahi əməliyyat edildiyi qeyd olunur.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Seçilən
44
1
azadmedia.az

2Mənbələr