AZ

Valdas Dambrauskas: “Qış çempionluğu medal vermir”

"Komandamı, “Sabah” ailəsini təbrik edirəm. Çox önəmli qələbə oldu. Bu qələbəyə ehtiyacımız var idi. Düzdür, daha yaxşı oynaya bilərdik. Qollardan sonra oyunun sonlarına yaxın bir az əziyyət çəkdik. Son dönəmlərdə qazanılan qələbələr bizim üçün önəmli idi. Futbolçulara təşəkkür edirəm, son aylarda çox inkişaf etdilər, artırdılar. Yeni ildən sonra mövsümün ikinci dövrəsinə hazırlaşacağıq".

– Uzun müddət sonra qış çempionunun adı dəyişdi. Bunu nəyin hesabına bacardınız?

– Hələ mövsümün yarısıdır. Qarşıda oyunlar var. “Qarabağ” çox yaxşı komandadır. Məşqçi komandasıdır, Avropada səs-küyə səbəb olublar. Onlar kimi olmaq üçün çox artırmalı, böyüməliyik. Biz diqqətimizi ancaq növbəti matçlara veririr. Qış çempionluğu medal vermir.

– Bundan əvvəl konfransların birində danışarkən, “Turan Tovuz” və “Neftçi” ilə vacib oyunun olduğunu demiş. “Sumqayıt”ın adını çəkməmişdiniz. Bu, rahat qələbə qazanacağınızı düşündüyünüz üçün idi, ya unutmuşdunuz?

– Ola bilər, yanlış anlaşılma olub. Mənimçün hər oyun önəmlidir. Adətən “Qarabağ”la bağlı suallar verirsiniz. Lakin mənim üçün önəmli matç növbəti olandır.

– Dron çəkilişinin olmasına qarşı idiz. Bu, nəyə mane olurdu?

– Bu suala necə cavab verim? Bura gəlmişəm oyundan danışmağa, drondan yox.

Premyer Liqada 2026-cı ilin ilk oyunlarının başlama tarixləri açıqlanıb

II Liqa: XIV turun təyinatları

Günün oyunları bu kanallarda

"Kəpəz" iki futbolçusu ilə yolları ayırıb

Elmar Baxşıyev: “Əzmkar qələbə qazandıq”

Seçilən
15
2
apasport.az

3Mənbələr