AZ

Türk Hava Yolları İstanbul-İrəvan uçuşlarına başlayacaq

"Türk Hava Yolları 11 Mart 2026-cı ildən etibarən İstanbul-İrəvan-İstanbul marşrutu üzrə gündəlik uçuşlar həyata keçirməyə başlayacaq".

"Yeni Sabah" xəbər verir ki, bunu Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç "X" sosial şəbəkəsində elan edib.

O bu qərarı Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması istiqamətində daha bir addım kimi xarakterizə edib.

Qeyd edək ki, Ermənistan və Türkiyə arasındakı quru sərhədi 1993-cü ildən bağlı olsa da, iki ölkə arasında hava nəqliyyatı heç vaxt tamamilə dayandırılmayıb. Müxtəlif aviaşirkətlər İrəvan və İstanbul arasında müntəzəm reyslər həyata keçirib, lakin əvvəllər bu uçuşlar gündəlik olmayıb./Oxu.az


Telegram kanalımız
Seçilən
52
yenisabah.az

1Mənbələr