AZ

Veliçko Kaplanoviç: “Hücumçuya ehtiyacımız var“

Misli Premyer Liqasının XVI turunun "Sumqayıt" - "Sabah" matçından (1:3) sonra ev sahiblərinin məşqçisi Veliçko Kaplanoviçin mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

“Sabah”ı təbrik edirəm. Layiqli qələbə qazandılar. Səhvlərimizi bağışlamadılar. İkinci hissədə yaxşı oynamağa çalışdıq. “Sabah” kimi komandalara 90 dəqiqə yüksək keyfiyyətdə oynamalısan".

– Səhvlər nə ilə bağlı idi? “Sabah”ın “Qarabağ”ı məğlub etməsi futbolçularda çəkingənlik yaratmışdı?

– Belə düşünmürəm. İlk qolda səhvimiz var idi. İkinci qol gözəl ötürmə sonrası oldu. Buraxdığımız səhvlər var idi. İkinci və üçüncü qollar sadə oldu. Gərək belə qollar buraxmayaydıq.

– Yankoviç gah ehtiyatda olur, gah əsas heyətdə meydana çıxır. Niyə? 

– Hələ tam formaya düşə bilməyib. Çalışırıq ki, daha yaxşı olsun.

– Qışda hücumçu almaq gündəmdədirmi?

– Hücumçuya ehtiyacımız var. Amma indi olan budur. Rəhbərliyə istəyimizi çatdırmışıq. Amma qısa zamanda yaxşı hücumçu tapmaq çətindir.

I Liqa: XII turun təyinatları açıqlanıb

Premyer Liqada 2026-cı ilin ilk oyunlarının başlama tarixləri açıqlanıb

II Liqa: XIV turun təyinatları

Günün oyunları bu kanallarda

"Kəpəz" iki futbolçusu ilə yolları ayırıb

Seçilən
40
3
apasport.az

4Mənbələr