AZ

Benzema Pikassonun "Saqqallı Kişinin Portreti" əsərinialdı

BAKI, 22 dekabr. TELEQRAF

Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun fransalı hücumçusu Kərim Benzema ispan rəssam Pablo Pikassonun 1964-cü ildə çəkilmiş "Saqqallı kişinin portreti" əsərini alıb.

Teleqraf xəbər verir ki, futbolçu əsərlə şəklini sosial mediada "Evə xoş gəlmisiniz" yazısı ilə paylaşıb.

Rəsm əsəri Nyu-Yorkdakı özəl qalereyada satışa çıxarılıb. Qiyməti açıqlanmayıb, lakin onun 1 milyon avrodan az olmadığı təxmin edilir.

Seçilən
68
8
teleqraf.com

9Mənbələr