AZ

Qatarlar toqquşdu yük vaqonları relsdən çıxdı

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qazaxıstanda Müdafiə Nazirliyinin əmlakını daşıyan bir neçə yük vaqonu relsdən çıxıb. Avtosfer.az yerli mediaya istinadən xəbər verir ki, hadisə dekabrın 20-si Jambul vilayətinin Turksib dəmiryolu stansiyasında baş verib. Müdafiə Nazirliyi bildirib ki, arxa cəbhə üçün əmlak daşıyan vaqonlarda hərbi texnika, silah və sursat olmayıb. "Qazaxıstan temir jorı" milli şirkətindən qeyd edilib ki, vaqonların buraxılması zamanı yola çıxan yük qatarı ilə yan tərəfdən toqquşma baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb, digər qatarların hərəkət qrafikinə təsir göstərməyib. Bərpa işləri operativ rejimdə həyata keçirilib. Maddi ziyanın miqdarını komissiya müəyyən ediləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
71
1
avtosfer.az

2Mənbələr