AZ

Zelenski gözlənilməz xəbəri açıqladı: Yaxın günlərdə kütləvi hücum başlayacaq

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfindən yaxın günlərdə Ukraynaya kütləvi hücum təhlükəsi ola biləcəyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Insider UA” Teleqram kanalına istinadən xəbər verilir ki,

Prezidentin sözlərinə görə, hücum 25 dekabr, Katolik Milad günü baş verə bilər.

“Ruslar Milad bayramında kütləvi hücuma keçə bilərlər. İnsanlar bu vaxtlarda ayıq-sayıq olmalıdırlar”, – deyə Zelenski bildirib.

O əlavə edib ki, hava hücumundan müdafiə sistemləri döyüş hazırlığı vəziyyətinə gətiriləcək, lakin bu sistemlərin çatışmazlıqları mövcuddur.

Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti tutucu dronların çatışmazlığından şikayətlənmiş və bunun istehsal problemləri ilə bağlı olduğunu izah etmişdi. Zelenski bu cür dronların “çox yaxşı nəticələr göstərən effektiv silah” olduğunu vurğulayıb.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
1
globalinfo.az

2Mənbələr