AZ

Sumqayıtda hündürlükdən yıxılan qız ağır xəsarət alıb

Sumqayıtda hündürlükdən yıxılan qız ağır xəsarət alıb

News365.az xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda yerləşən “Kristal Abşeron” yaşayış kompleksində baş verib. 

2006-cı il təvəllüdlü Aysel Əlizadə yaşadığı binanın 4-cü mərtəbəsindən ehtiyatsızlıq nəticəsində yıxılıb. 

A.Əlizadə aldığı ağır xəsarətlərlə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Hazırda zərərçəkənin vəziyyəti həkimlər tərəfindən qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
25
1
news365.az

2Mənbələr