AZ

Bakıda yeniyetmə bacı-qardaş dəm qazının qurbanı oldular

Paytaxtda yeniyetmə bacı-qardaş dəm qazından boğulublar.

 

Senzor.az bildirir ki, hadisə dekabrın 20-si Xətai rayonu Neapol küçəsindəki mənzillərin birində baş verib.

 

Saat 20 radələrində 2008-ci il təvəllüdlü Zeynəb Yaralıyeva və qardaşı 2009-cu il təvəllüdlü Aminin meyiti yaşadıqları evdə aşkar edilib.

 

İlkin məlumata görə, onlar dəm qazından boğulublar.

 

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Seçilən
47
4
senzor.az

10Mənbələr