Benyamin Netanyahu İsrailin İranın son “təlimlərindən” xəbərdar olduğunu bildirib və əlavə edib ki, Tehranın nüvə fəaliyyəti ABŞ prezidenti Donald Trampla müzakirə olunacaq,.
KONKRET.az unikala-a istinadən xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
“Biz vəziyyəti izləyirik və bütün lazımi hazırlıqları görürük. İrana aydın şəkildə bildirmək istəyirəm: İsrailə qarşı hər hansı bir hərəkət çox sərt cavabla qarşılanacaq”, – deyə Netanyahu Yerusəlimdə Yunanıstan və Kipr liderləri ilə birlikdə keçirilən mətbuat konfransında bildirib.