ain.az, Axar.az portalına istinadən məlumat verir.
Almaniyaya daha 141 nəfər Əfqanıstan vətəndaşı gətirilib.
Axar.az xəbər verir ki, bu barədə “Zeit” nəşri məlumat yayıb.
Məlumata görə, onların 123 nəfəri federal qəbul proqramı çərçivəsində, 18-i isə yerli işçi statusu ilə ölkəyə daxil olub. İslamaddan Hannoverə gətirilən həmin şəxslər müvafiq prosedurlardan sonra Almaniyanın müxtəlif əyalətlərinə göndəriləcəklər.
Hazırda Pakistanda 45 nəfər yerli işçilərin qəbulu, 264 nəfər isə federal qəbul proqramı çərçivəsində Almaniyaya gəlmək üçün gözləyir.
Almaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, qəbul edilən şəxslərdən başqa digər proqramlar çərçivəsində verilmiş təsdiqlər artıq hüquqi qüvvəyə malik sayılmır.
Yaşıllar Partiyasından olan deputat Omid Nouripour bu qərara etiraz edərək, qəbul üçün daha əvvəl təsdiq almış bütün əfqan vətəndaşlarının Almaniyaya gətirilməsi barədə hökumətə çağırış edib. O, bir çox şəxsin qəbul təsdiqinin ləğvinə qarşı məhkəməyə müraciət etdiyini, Əfqanıstana deportasiya olunduqları halda onların Taliban rejimi tərəfindən zorakılığa məruz qala biləcəyini vurğulayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.