AZ

Kaya Kallas ABŞ ni hədələdi

ain.az bildirir, Oxu.az portalına istinadən.

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas ABŞ-ni hədələyərək xatırladıb ki, Qrenlandiyanın statusunu yalnız bu adanın sakinləri müəyyən edə bilərlər.

Oxu.Az xəbər verir ki, o bu barədə ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzrə xüsusi nümayəndə təyin etməsi fonunda "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Biz Danimarka və Qrenlandiya ilə həmrəyliyimizi ifadə etməyə davam edirik. Qrenlandiya Danimarka Krallığının tərkibində muxtar ərazidir. Onun statusunda hər hansı dəyişiklik yalnız qrenlandiyalılar və danimarkalılar tərəfindən həll oluna bilər", - deyə paylaşımda qeyd olunub.

Kallasın sözlərinə görə, Avropa İttifaqı (Aİ) bütün tərəfdaşlarından onların suverenliyinə və ərazi bütövlüyünə hörmət gözləyir. Bu baxımdan o, BMT və NATO nizamnamələrinin müddəalarını xatırladıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
54
1
oxu.az

2Mənbələr