AZ

Misir Afrika Kubokuna qələbə ilə başlayıb

Misir və Zimbabve arasında Afrika Millətlər Kubokunun qrup mərhələsinin ilk tur oyunu başa çatıb.

İdman.Biz bildirir ki, komandalar “Stade Adrar Arena”da (Aqadir, Mərakeş) oynayıblar.

Misir millisi 2:1 hesabı ilə qələbə qazanıb.

20-ci dəqiqədə Zimbabvenin hücumçusu Prins Dub komandasını irəli çıxarıb. 64-cü dəqiqədə Misirli hücumçu Ömər Marmuş hesabı bərabərləşdirib. 90+1-ci dəqiqədə Məhəmməd Salah qələbə qolunu vurub.

B qrupundakı digər iki komanda Cənubi Afrika və Anqoladır. B qrupunda ikinci və üçüncü tur oyunları 26 və 29 dekabrda keçiriləcək.

İdman.Biz
Seçilən
114
1
idman.biz

2Mənbələr