AZ

Salah Misirə qələbə qazandırdı

style='margin-bottom:10px;'>

Mərakeşdə keçirilən Afrika Millətlər Kubokunda ilk turun oyunları davam edir. 

QOL.az xəbər verir ki, B qrupunda yer alan Misir millisi ilk matçında Zimbabve ilə üz-üzə gəlib. Komanda ilk hissədən sonra hesabda geri düşsə də, fasilədən sonra dönüş edə bilib. Matçın sonlarında Misirin ulduzu, “Liverpul”lu Mohammed Salah vurduğu qolla komandasına qələbə qazandırıb. 

Misir - Zimbabve - 2:1
Qollar:
Dube, 20 (0:1), Marmuş, 64 (1:1), Salah, 90+1 (2:1)

Qeyd edək ki, bu qrupda ilk turun digər oyununda da 2:1 hesabı qeydə alınıb. CAR Anqolanı məğlub edib. 

Seçilən
78
1
teleqraf.com

2Mənbələr