Rusiya Xarici İşlər Nazirliyi diplomatları və onların ailələrini Venesueladan təxliyə edir.
Publika.az xəbər verir ki, bu barədə "Associated Press" Qərb kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, bazar ertəsi səhəri Karakasdakı Rusiya diplomatik nümayəndəliyinin qarşısında diplomatik nömrə nişanlı ondan çox nəqliyyat vasitəsi park edilib, lakin onlar daha sonra oradan uzaqlaşıblar.
Hələlik məlumatın rəsmi təsdiqi yoxdur.
Qeyd edək ki, dekabrın 22-də Rusiya xarici işlər naziri Sergey Lavrov və venesuelalı həmkarı İvan Gil telefon danışığı zamanı ABŞ-ın Karib dənizindəki artan hərəkətləri ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər.