AZ

Nigeriyada terrorçular tərəfindən qaçırılan uşaqlar sərbəst buraxılıb

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Noyabrın 21-də Nigeriyanın Niger əyalətində Müqəddəs Məryəm Məktəbindən qaçırılan bütün şagirdlər sərbəst buraxılıb.

525.az xəbər verir ki, bu barədə Media və Kommunikasiyalar üzrə Xüsusi Müşavir Sunday Dare sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.

Onun sözlərinə görə, qaçırılan daha 130 şagird xilas edilib. Bununla da bütün şagirdlər azadlığa qovuşub.

Niger əyalət polisinin sözçüsü Vasiu Abiodun isə ilk olaraq sağlamlıqlarını yoxlamaq üçün xəstəxanaya aparılan şagirdlərin daha sonra ailələrinə təhvil verildiyini bildirib.

Xatırladaq ki, terror qruplaşmasının üzvləri noyabrın 21-də Müqəddəs Məryəm Məktəbinə basqın edərək 300-dən çox şagird və işçini qaçırıblar.

Hücumdan iki gün sonra şagirdlərdən 50-si qaça bilib. Dekabrın 8-də isə yerli hakimiyyət orqanları federal hökumətin Müqəddəs Məryəm Məktəbindən qaçırılan 100 şagirdin azad olunmasını təmin etdiyini açıqlamışdı.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
525.az

1Mənbələr