Hələbdə Suriya ordusu və "Suriya Demokratik Qüvvələri" (SDQ) qruplaşmasının döyüşçüləri arasında baş verən toqquşmalar səbəbindən dərslər dayandırılıb, dövlət idarələri bağlanıb.
Publika.az xəbər verir ki, "Əl-Vətən" qəzeti bu barədə Hələb qubernatoru Əzzam əl-Qəribin açıqlamasına istinadən məlumat yayıb.
Məlumata görə, irimiqyaslı silahlı qarşıdurmalar davam etdiyi üçün Suriya hakimiyyəti Hələb şəhərindəki bütün təhsil müəssisələrinin və dövlət idarələrinin fəaliyyətini 23 dekabrda müvəqqəti olaraq dayandıracaq.
Qubernator əhalini vəziyyət sabitləşənə qədər kütləvi tədbirlərdən və Milad şənliklərindən çəkinməyə çağırıb.