Müğənni Şəbnəm Qəhrəmanova açıqlaması ilə diqqət çəkib.
Şəbnəm Qəhrəmanova bildirib ki, o dövrdə toy və məclislərdə rəqs edərək ailəsinə dəstək olub:
“Buna görə utanmıram. O vaxt milli rəqslərə gedirdim. Ailədə maddi çətinliklər var idi. Mən toylarda aş gətirirdim. Halal zəhmətimlə hər zaman çörək qazanmağı üstün tutmuşam. Başqalarının pis yolla qazandığını demirəm. Hər kəs əziyyət çəkir”.
Sənətçinin bu etirafı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər Şəbnəm Qəhrəmanovanın dürüstlüyünü və əməksevərliyini yüksək qiymətləndiriblər.
Milli.Az