Bu gün Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsinin bir hissəsində saat 9:00-dan elektrik enerjisinin verilişi dayandırılıb.
Bu barədə "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (ASC) məlumat yayıb.
Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən Mərdəkan qəsəbəsində elektrik naqillərinin yenilənməsi işləri həyata keçiriləcək.
Qəsəbədəki 28 May küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət saat 15:00-dək davam edəcək. Yenidənqurma işləri başa çatdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Tarix: 23 Dekabr 2025, 09:32