AZ

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi yol qəzasında ölüb - YENİLƏNİB

Dünən saat 19:40 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1 nəfər (kişi) hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzi məlumat verib.

Bildirilib ki, 1967-ci il təvəllüdlü şəxsə (kişi) sol baldır sümüklərinin yerdəyişən sınığı, sirkə kasasının sınığı diaqnozları təyin edilib. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.

"Hadisə nəticəsində 1 nəfərin (qadın) isə xəstəxanayaqədər ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib", məlumatda qeyd olunub.

Gülcahan Məmmədova

***

22 dekabr, 21.01

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva qəzada ölüb.

APA-nın məlumatına görə, Novxanı-Pirşağı yolunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva ağır xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən hakimin həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, onun avtomobilini sürücüsü idarə edib.

Seçilən
41
4
apa.az

6Mənbələr