AZ

“Call of Duty”nin yaradıcısı faciəvi şəkildə öldü KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

Məşhur “Call of Duty” oyun seriyasının tərtibatçılarından olan Vins Zampella ABŞ-də baş verən avtomobil qəzasında həyatını itirib.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “NBC LA” telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Los-Anceles yaxınlığında baş verib. Belə ki, Zampellanın idarə etdiyi yük maşını yoldan çıxaraq beton maneəyə çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, 55 yaşlı V. Zampella “Infinity Ward” və “Respawn Entertainment” studiyalarının həmtəsisçisi olub. Həmçinin o, “Call of Duty 2”, “Modern Warfare” seriyasının əsas qurucusu hesab olunur. Son olaraq isə o, “Apex Legends” və yeni “Battlefield” layihələrinə rəhbərlik edib. (qafqazinfo)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
2
konkret.az

3Mənbələr