Banco.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
Almaniyanın lüks avtomobil istehsalçısı "Porsche" Çindəki elektrikli nəqliyyat vasitələrinin doldurma stansiyaları şəbəkəsini bağlamağı planlaşdırır.
Banco.az xəbər verir ki, bu barədə Bloomberg şirkəti məlumat verib.
Sürücülər şirkətin əməkdaşlıq etməyə davam edəcəyi digər şəbəkələrdən, eləcə də "Porsche" dilerlərində, otellərdə və qolf klublarında yerləşən stansiyalardan istifadə edə biləcəklər.
Agentlik qeyd edir ki, "Porsche" Çin bazarında çətinliklərlə üzləşir.
Tələbatın azalması və yerli istehsalçıların güclənməsi fonunda şirkətin oradakı satışları bu ilin ilk doqquz ayında 26% azalıb.
"Porsche" dəfələrlə 2025-ci il üçün proqnozlarını aşağı salıb və yeni elektrikli avtomobil modellərinin satışını təxirə salıb.
2025-ci ilin əvvəlindən bəri "Porsche" şirkətinin imtiyazlı səhmləri 22,2% ucuzlaşıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.