AZ

Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq enerji sahəsində həyata keçirilən iri miqyaslı layihələr vasitəsilə daha da möhkəmlənir - Əli Əsədov

Bakı. Trend:

Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq enerjisahəsində həyata keçirilən iri miqyaslı layihələr vasitəsilə dahada möhkəmlənir.

Trend xəbərverir ki, bunu Baş nazir Əli Əsədov Bakıda keçirilən IIAzərbaycan–Türkiyə İnvestisiya Forumunda çıxışı zamanı deyib.

Baş nazir vurğulayıb ki, bu əməkdaşlıq təkcə iki ölkənin deyil,bütövlükdə regionun enerji təhlükəsizliyinə mühüm töhfə verir:

"Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum, TANAP kimi stratejilayihələr Azərbaycan enerji resurslarının Avropa bazarlarınaetibarlı və dayanıqlı şəkildə çıxarılmasını təmin etmişdir.

Bir neçə gün sonra dekabrın 31-də Cənub Qaz Dəhlizinin sonuncuhalqasını təşkil edən TAP boru kəməri vasitəsilə Avropayakommersiya məqsədilə qaz nəqlinə başlanılmasının beş ili tamamolur.

Beş il ərzində Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayıartaraq 14-ə çatıb ki, bunlardan 10-u Avropa ölkəsidir".

"Birgə səylərimizlə avqustda Suriyaya qaz nəqlinə başladıq. İlkdəfədir ki, Türkiyə ərazisindən keçməklə Azərbaycan qazı Yaxın Şərqregionuna nəql olunur", - Baş nazir əlavə edib.

Məqalədə:
Seçilən
57
2
az.trend.az

3Mənbələr