AZ

Yaponiyada universitetdə partlayış baş verib: üç nəfər xəsarət alıb

Yaponiyanın Nagooya şəhərində yerləşən universitetlərdən birinin kampusunda kimyəvi partlayış baş verib.

Editor.az NHK telekanalına istinadla xəbər verir ki, hadisə nəticəsində üç kişi xəsarət alıb. Yaralıların hadisə yerində ilkin tibbi yardım aldığı bildirilir.

Qeyd olunur ki, partlayış 23 dekabr tarixində universitet ərazisində aparılan təmizlik işləri zamanı baş verib. Hadisənin səbəbləri hələlik açıqlanmayıb.

Hazırda polis və yanğınsöndürmə xidmətinin əməkdaşları ərazidə araşdırmaları davam etdirir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
48
editor.az

1Mənbələr