Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyəyə 19 milyard ABŞ dolları sərmayə qoymaqla qardaş ölkənin ən böyük xarici investorudur.
FED.az xəbər verir ki, bu sözləri baş nazir Əli Əsədov Bakıda keçirilən "II Azərbaycan Türkiyə İnvestisiya Forumu"nda deyib.
"Bu sərmayələr çərçivəsində şirkət neft emalı, neft-kimya və təbii qaz sahələrində bir çox strateji layihələr həyata keçirib. Bu gün də SOCAR qardaş Türkiyənin iqtisadiyyatına sərmayə qoymaqla, yeni layihələr vasitəsilə fəaliyyətini genişləndirir.
Bu gün burada Türkiyənin ərazisində fəaliyyət göstərən 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair imzalanacaq sənəd bunun sübutudur", - Baş nazir əlavə edib.