Goranboyda qadın dəm qazından zəhərlənərək ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Yolpaq kəndində qeydə alınıb.
Belə ki, 1971-ci il təvəllüdlü Aidə Eyvazovanın yaşadığı evdə meyiti tapılıb. Onun dəm qazından boğulduğu məlum olub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
"Cebheinfo.az"