AZ

"Hökumət başçılarının ikinci görüşünə 2026-cı ildə Azərbaycan ev sahibliyi edəcək" - Baş nazir

"Yeni yaradılmış formatda Hökumət başçılarının/Vitse-prezidentin ikinci görüşünə 2026-cı ildə Azərbaycan ev sahibliyi edəcək".

Redaktor.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov II Azərbaycan Türkiyə İnvestisiya Forumunda deyib.

O bildirib ki, sentyabrda Bişkekdə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının, Vitse-prezidentinin ilk iclası zamanı onlar digər məsələlərlə yanaşı, həmçinin ticarət, investisiyalar, nəqliyyat, energetika və kənd təsərrüfatı kimi prioritet iqtisadi sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər:

"Bununla yanaşı Türk Dövlətləri Təşkilatı çərçivəsində sənaye, elm, texnologiya və innovasiya sahələrində nazirlər səviyyəsində dialoq ardıcıl şəkildə gücləndirilir. Bu xətt üzrə 2024-cü ildə İstanbulda ilk iclas, 2025-ci ildə isə Bakıda ikinci iclas keçirilib".

 

Seçilən
59
redaktor.az

1Mənbələr