AZ

AZAL rəsmisi: Təyyarəyə havada fiziki müdaxilə faktı ilkin hesabatla təsdiqlənib

BAKI, 23 dekabr. TELEQRAF

J2-8243 reysi Qroznı hava limanına yaxınlaşarkən qeyri-qanuni fiziki müdaxiləyə məruz qalıb.

Teleqraf xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC (AZAL) vitse-prezidenti İlham Əmirov J2-8243 reysinin anımına həsr olunmuş poçt markasının təqdimat mərasimində qeyd edib.

Bu hadisənin istintaqı davam edir, Qazaxıstanda dövlət komissiyası yaradılıb. Mövcud beynəlxalq qanunlarda, o cümlədən "Çikaqo" konvensiyasında belə hadisələrin təhlili standartları və tələbləri göstərilib. Bunlara uyğun olaraq, hadisə baş verdiyi andan bir ay ərzində yaranmış komissiya ilkin hesabat verməlidir. Bu hesabat artıq bu ilin yanvarın sonunda Qazaxıstanda yaranmış dövlət komissiyası tərəfindən dərc olunub. Ancaq bu tam hesabat deyil. Tam hesabat hazırlanıb başa çatmayıb, komissiya öz işini davam etdirir.

Həmin hesabatda təyyarə, sərnişinlərin sayı, sərnişinlərin neçəsinin sağ qalması, neçəsinin həlak olması və sair kimi faktlar əks olunub. İlkin hesabatla təsdiq olunub ki, təyyarə Qroznı hava limanına yaxınlaşan zaman, havada olarkən qeyri-qanuni fiziki müdaxilə baş verib.

Seçilən
39
7
teleqraf.com

8Mənbələr