AZ

Salvadorlu kişi 1 335 il həbs cəzasına məhkum edilib

Salvadorda "Mara Salvatrucha" (MS-13) adlı cinayətkar dəstənin 248 üzvü barəsində hökm oxunub. Onlar 43 qətl, adam oğurluğu və bir sıra digər ağır cinayətlərdə təqsirli biliniblər.

Bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Məhkumlardan biri 1 335 il müddətinə azadlıqdan məhrum edilib. Daha 10 nəfəri isə 463 ildən 958 ilə qədər həbs cəzası gözləyir.

Qeyd edək ki, dünya tarixində ən uzun həbs cəzası 1989-cu ildə Tailandda anadan olmuş Çamoi Tipyasoya verilib. O, maliyyə fırıldaqçılığına görə 141 078 il həbs cəzasına məhkum edilsə də, 1993-cü ildə işə yenidən baxılıb və yaxşı davranışına görə şərti azadlığa buraxılıb.
 
 

Seçilən
79
7news.az

1Mənbələr