Afaq Bəşirqızı: Qarabağ artıq gülür - VİDEO
Ajans.az xəbər verir ki, bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yaydığı məlumatda öz əksini tapıb. Bildirilib ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məlumatlandırma, təbliğat-izahat və təşviqat fəaliyyətləri davam etdirilir. "Bu məqsədlə tanınmış ziyalıların, sənət adamlarının və gənclərin iştirakı ilə videoçarxlar hazırlanır. Xalq artisti Afaq Bəşirqızı ilə müsahibə əsasında hazırlanan növbəti videoçarxı təqdim edirik", - məlumatda qeyd olunub.