AZ

“Ərdoğandan sonra bu dörd şəxs Prezident ola bilər” - Tanınmış jurnalist

Türkiyənin hakimiyyət çevrələrinə yaxınlığı ilə tanınan məşhur jurnalist Abdülkadir Selvi “Ərdoğandan sonrakı dövr” mövzusunda aparılan müzakirələrlə bağlı yazı dərc edib.

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.Abdulkadir Servi yazıda qeyd edib ki, Ədalət və İnkişaf Partiyası (AKP) daxilində "Ərdoğandan sonrakı" dövr adı altında oyun oynayaraq, süni qarşıdurma yaratmağa çalışırlar.

Onun sözlərinə görə, bu ssenari öncəki dövrlər də Türkiyə tarixində yaşanıb:

“Özaldan sonra ANAP ilə, Dəmirəldən sonra isə DYP ilə bu oyunu oynadılar və həmin partiyalar daxilində parçalanma yaradaraq, məqsədlərinə nail oldular”, - deyə jurnalist vurğulayıb.

Selvi əlavə edib ki, indi isə eyni siyasi oyun "Ərdoğandan sonrakı" dövr adı altında Ədalət və İnkişaf Partiyası (AKP) üçün işə salına bilər. Amma Ərdoğandan sonra yenə də Ərdoğan deməkdir.

Jurnalist Ərdoğanın liderliyinə xüsusi önəm verərək qeyd edib ki, AK Partiya 23 ildir hakimiyyətdədir. İki Prezident və dörd Baş nazir yetişdirib. İnşallah, Ərdoğan qarşıdan gələn seçkilərdə qalib gələcək və ölkəni Prezident kimi idarə etməyə davam edəcək.

“Üçüncü dünya müharibəsinin müzakirə olunduğu bir dövrdə Ərdoğan kimi təcrübəli siyasətçi və dövlət xadiminə sahib olmaq Türkiyə üçün şansdır. Ölkəmizi Qərbə bizdən şikayət edən Özgür Özələ, yoxsa yerli Zelenskiyə Əkrəm İmamoğluna təslim edəcəyik?”, - deyə Selvi bəyan edib.

Jurnalist həmçinin Ərdoğandan sonra hakim partiyadan ölkənin başına keçə biləcək şəxslərin də adına diqqət çəkib:

1)Xarici işlər naziri Hakan Fidan

2)Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın

3)Ərdoğanın oğlu Bilal Erdoğan

4)"Baykar" şirkətinin rəhbəri, Ərdoğanın kürəkəni Səlçuk Bayraktar.

Xatırladaq ki, Ərdoğan sonuncu dəfə 2023-cü ildə Türkiyə Prezidenti seçilib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
10
missiya.az

1Mənbələr