ABŞ-da qarət üçün bir mağazaya girən oğrunun silahdan atəş açması ilə bağlı dramatik kadrlar rezonans doğurub.
AzPost Reuters-ə istinadən bildirir ki, Ohayo ştatının Kanton şəhərində mağazadan oğurluq edən gənc silahdan binada olan polisə atəş açıb.
Kadrlarda gəncin ətrafa baxdığı və sonra qəfildən tapançanı çıxararaq atəş açdığı görünür. Bu zaman özünü itirməyən bir işçi onun üzərinə atılır. Daha sonra polis onun əlindən silahı alıb yerə yıxır.