AZ

Səməd Bəşirli: Orta Dəhlizin rəqəmsallaşdırılması tranzit imkanlarını genişləndirir

BAKI, 23 dekabr. TELEQRAF

Ölkəmizin artan nəqliyyat-tranzit imkanları, bu sahədə təşəbbüsçüsü və iştirakçısı olduğumuz regional və qlobal əhəmiyyətli layihələr, o cümlədən Orta Dəhlizin təqdim etdiyi logistika potensialı və digər layihələr Türkiyə ilə qarşılıqlı faydalı tərəfdaşlığımıza əlavə imkanlar açır.

Teleqraf xəbər verir ki, bu fikirləri II Azərbaycan -Türkiyə İnvestisiya Forumunda iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.

O bildirib ki, Orta Dəhlizin rəqəmsal həllərlə gücləndirilməsi və ticarətin asanlaşdırılması üzrə addımlar həm ölkələrimiz üçün, həm də region üçün tranzit imkanlarını genişləndirir:

“Yaxın illərdə buraxılış qabiliyyəti ildə 25 milyon tona çatacaq Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, doqquz beynəlxalq hava limanı, regionun ən böyük yük aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirmişdir. Bununla yanaşı, gələcəkdə Zəngəzur dəhlizi beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə öz töhfəsini verəcək”.

Seçilən
26
3
teleqraf.com

5Mənbələr