AZ

Bakıda "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilir

Bakı. Trend:

Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinintəşkilatçılığı ilə "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasiralətlər və beynəlxalq əməkdaşlıq" mövzusunda beynəlxalq konfransbaşlayıb.

Trend xəbərverir ki, konfransın keçirilməsində məqsəd tərəfdaş ölkələrin rəsminümayəndələrini bir araya gətirmək, rəqəmsal mühitdə, o cümlədənsüni intellekt sahəsində uşaqların hüquqlarının qorunması ilə bağlıproblemləri və qarşıda duran çağırışları müzakirə etməkdir.

Eyni zamanda, uşaqların zərərli məlumatlardan qorunmasısahəsində təcrübə mübadiləsi təşkil etmək, bu istiqamətdə qlobal vəregional əməkdaşlıq imkanlarını gücləndirməkdir.

Qeyd edək ki, konfransda İran nümayəndə heyətinin rəhbəri ZəhraPezeşkian, həmçinin Türkiyə, Mərakeş, Qətər və Şimali Kiprdən olanrəsmi şəxslər və beynəlxalq təşkilatların yüksək səviyyəlinümayəndələri (BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi,BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) sədri, ICESCO-nun Başdirektorunun müşaviri) çıxış edəcəklər.

Seçilən
39
8
az.trend.az

10Mənbələr