AZ

Asya Əhmədovanın “Sən Vətənsən” adlı poeması oxuculara təqdim olunub (FOTO)

Bakı. Trend:

Asya Əhmədovanın “Sən Vətənsən” adlı poeması oxuculara təqdimolunub.

Trend xəbərverir ki, poema Vətən Müharibəsi Qəhrəmanı, şəhid Surxay Əbdül oğluNoçuyevin xatirəsinə həsr olunub. Kitabda real hadisələrəəsaslanaraq birinci Qarabağ müharibəsinin ağrı-acısı, çətinliklərivə ikinci Qarabağ müharibəsində Zəfərə gedən yol bədii dildə təsviredilib.

Əsərdə 1993-cü ilin oktyabrında öz yurd-yuvasından qovulan,soyuq, yağışlı payız günlərində evsiz-eşiksiz qalan, düşmən əlinəkeçməmək üçün Araz çayına üz tutan çarəsiz insanların başınagələnlər, əhalinin sağ qalması üçün canını fəda edən qəhrəmanoğullar və kəndləri ermənilər tərəfindən işğal olunarkən hələ 5yaşı olan balaca Surxayın bir zabit kimi yetişərək torpaqların azadedilməsində göstərdiyi qəhrəmanlıqlardan bəhs olunur. Baş qəhrəmanSurxay Noçuyevin timsalında 44 günlük Vətən Müharibəsiqəhrəmanlarının döyüş yolu yad olunur. Poemada güclü vətənpərvərlikhissi, şəhidlərimizə hörmət, ehtiram və zəfər təntənəsinə böyükrəğbət hissi vardır. Kitabda poema janrına xas olan həm dolğun epiklövhələr, canlı döyüş səhnələri, həm də lirik ricətlər, şeirlərrəvan bir dillə təsvir olunmuşdur.

Əhmədova Asya Humayaq qızı 23 noyabr 1975-ci ildə Zəngilanrayonu Məmmədbəyli kəndində anadan olub. Bakı Sosial İdarəetmə vəPolitologiya İnstitutunun (Hazırda Prezident Yanında Dövlətİdarəçilik Akademiyası adlanır) Politologiya fakultəsini bitirib.Ali təhsilini bitirdikdən sonra Azərbaycan Dövlət Televiziyasındaredaktor, Azərbaycan Respublikası Dövlət Film Fondunda kadrlar işiüzrə mütəxəssis vəzifələrində çalışıb.

A.Əhmədova 20 ildən artıqdır ki, elm sahəsində fəaliyyətgöstərir. AMEA-nin Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşıdır.Hazırda İnstitutun Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi vəHəmkarlar Təşkilatının sədri vəzifələrini icra edir.

Elmi işlərlə bərabər publisist yazıları və şeirləri ilə dəara-sıra mətbuatda çıxış edir. Ailəlidir, iki övladı var.

Asya
Asya
Asya
Seçilən
90
4
az.trend.az

5Mənbələr