AZ

Bakıda metro və avtobusda qızları videoya çəkərək TikTok a yerləşdirən şəxs peyda olub

Baku.ws saytına istinadən ain.az xəbər verir.

"TikTok" platformasında yayılan bəzi videolar ictimai narazılığa səbəb olub.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Belə ki, naməlum şəxs Bakı metropolitenində və ictimai avtobuslarda qadınları onların razılığı olmadan lentə alaraq görüntülərini sosial şəbəkəyə yerləşdirir. Videoların üzərinə isə söyüş və qeyri-etik ifadələrdən ibarət səs yazıları əlavə olunur.

Qeyd edək ki, bu şəxsi həyatın toxunulmazlığının pozulması və qadınların ləyaqətinin alçaldılması kimi qiymətləndirilir.

Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli BAKU.WS-ə bildirib ki, qeyd olunan görüntülərlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Orxan Hüseyn

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
baku.ws

1Mənbələr