AZ

Qəzada həlak olan hakim tanınmış prokurorun xanımı imiş - FOTO

Dünən axşam saatlarında Novxanı-Pirşağı yolunda baş verən ağır qəzada həlak olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva vəzifəli şəxsin xanımı imiş.

Qaziler.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, mərhum hakimin həyat yoldaşı Ceyhun Hümbətov Baş Prokurorluqda idarə rəisidir.

Belə ki, baş ədliyyə müşaviri olan C.Hümbətov Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisidir.

O, daha əvvəl baş prokuror Kamran Əliyevin böyük köməkçisi vəzifəsini də tutub.

Seçilən
18
20
qaziler.az

10Mənbələr