AZ

“Tramp” adlı hərbi gəmilər tikiləcək

ABŞ Prezidenti Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələri üçün iki yeni “Tramp” sinifli döyüş gəmisi tikmək planlarını açıqladı.

Herbiand.az xəbər verir ki, o, bunu 22 dekabr Bazar ertəsi günü Floridadakı Mar-a-Lago malikanəsində Pentaqon rəhbəri Pit Heqset, Dövlət katibi Marko Rubio və ABŞ Hərbi Dəniz Qüvvələri kommandanı Con Felanın qatıldığı mətbuat konfransında bildirib.

30.000-40.000 tonluq bu gəmilər hipersəs raketlər, elektrikli rels topları və güclü lazer sistemləri, eləcə də hazırda inkişaf mərhələsində olan nüvə başlığı daşıya bilən dənizdən buraxılan kruiz raketləri daxil olmaqla qabaqcıl silahlarla təchiz olunacaq.

ABŞ Prezidenti bəyan etdi ki, yeni gəmilər "indiyə qədər inşa edilən digər döyüş gəmilərindən 100 dəfə daha güclü" olacaq və "Amerika Hərbi Dəniz Qüvvələrinin flaqman gəmiləri" olacaq.

Donald Trampın sözlərinə görə, yeni sinifin ilk iki hərbi gəmisinin inşası təxminən 2,5 il çəkəcək və ABŞ Hərbi Dəniz Qüvvələrindəki gəmilərin sayı sonda 10-a, daha sonra isə 20-25-ə qədər artacaq.

Seçilən
42
herbiand.az

1Mənbələr