“Ay yazıqlar, ay bədbətlər, ay qoca sarsaqlar, siz kimsiniz ki, dövlətin nazını çəkdiyi sənətkarları təhqir etmək istəyirsiniz?”.
“Yeni Sabah” xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “Öz aramızda” verilişində səsləndirib.
Sənətçi haqqında artıq-əskik danışan şəxsə cavab verib:
“Mən qaranlıqda həqiqətəm. Ölün, utanın, yerə girin. Yazıqsınız. Öz yazıqlığınızı göstərirsiniz. Biz bir gündə 3 dəfə libasımızı başdan-ayağa dəyişirik. Siz bəlkə aylarla üzünüzü yumursunuz. Amma gəlib xalqa millət deyirsiniz. Ölün, utanın, yerə girin. Ölmüsünüz, xəbəriniz yoxdur”.
Qeyd edək ki, bu yaxınlarda RTV-də yayımlanan “Qaranlıqda həqiqət” layihəsində tibb elmləri namizədi Rəşid Mahmudov Elza Seyidcahanda dəlilik əlaməti olduğunu bildirmişdi.
Aytac Əliyeva
Telegram kanalımız