AZ

Ulduz futbolçunun yeni sevgilisi kimdir?

Britaniya KİV-ləri yazır ki, “Çelsi”nin ulduzu Koul Palmer sevgilisi Konni Qreyslə ayrılıb.

Publika.az xəbər verir ki, iddialara görə, xanım münasibətləri rəsmiləşdirmək, evlənmək istəyib və buna israr edib, lakin London klubunun futbolçusu bu variantla razılaşmayıb. Nəticədə Konni artıq subaydır.

Bununla belə, Konni bu şayiələri sosial şəbəkədəki paylaşımı ilə təkzib edib: "Onlayn oxuduğunuz hər şeyə inanmayın. İnsanların bəyənmə və baxış toplamaq üçün yaydığı yalanlar çox məyusedicidir. Son 24 saat ərzində yetkin kişilərdən aldığım təhqirlərin sayı isə sadəcə dəhşətdir".

Amma ayrılıq faktı təsdiqlənib. Üstəlik, Palmer uzun müddət tək qalmayıb və görünən odur ki, yenidən münasibətdədir. Tanış olun, onun yeni sevgilisi Oliviya Holder.

Seçilən
46
publika.az

1Mənbələr