AZ

Qətər rəqəmsal məkanda uşaq və ailənin müdafiəsini gücləndirir - Qətər rəsmisi

Bakı. Trend:

Qətər Dövləti, xüsusilə rəqəmsal dünyada artan çağırışlarfonunda uşaq və ailənin qorunmasına böyük diqqət yetirir. Bu,ölkənin İslam şəriəti prinsiplərinə və cəmiyyətin dərin köklümənəvi və milli dəyərlərinə əsaslanır.

Trend xəbərverir ki, bunu Qətərin Sosial inkişaf və Ailə Nazirliyinin Ailəməsələləri üzrə köməkçi katibi Şeyxa Şayka bint Yasim Əl Tani bugün Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinintəşkilatçılığı ilə "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasiralətlər və beynəlxalq əməkdaşlıq" mövzusunda keçirilən beynəlxalqkonfransda bildirib.

Onun sözlərinə görə, Qətər Konstitusiyasında açıq şəkildə qeydolunur ki, ailə cəmiyyətin əsasını təşkil edir və uşağın qayğısı vəistismardan qorunması dövlətin konstitusion vəzifəsidir:

"Bu istiqamətdə, internetdən istifadə zamanı uşaqlarıntəhlükəsizliyinin və məxfiliyinin qorunmasına yönəlmiş bir sıraqanunvericilik aktları qəbul edilmişdir. Bu qanunlardan bəziləribunlardır:2014-cü il tarixli 14 nömrəli Elektron CinayətlərHaqqında Qanun – bu qanun uşaqların istismardan və laqeydlikdənqorunmasını təmin edir və internet üzərindən uşaqlara qarşıtörədilən cinayətləri cəzalandırır.

2016-cı il tarixli 13 nömrəli Şəxsi Məlumatların MühafizəsiHaqqında Qanun – bu qanun valideynin razılığı olmadan uşaqlara aidməlumatların toplanmasını qadağan edir.

Qətər qanunvericiliyində rəqəmsal cinayətlərlə bağlı detallımüddəalar yer alır ki, bu da dövlətin uşaqların hüquqlarınınmüdafiəsinə və ailə təhlükəsizliyinin təmininə sadiqliyini bir dahatəsdiqləyir", - o qeyd edib.

Seçilən
51
az.trend.az

1Mənbələr