AZ

424 min 437 KOB subyektlərində 418 min nəfər çalışır

Marja.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ölkəmizdə mikro, kiçik və orta biznes (KOB) üzrə müsbət artım dinamikası davam edir. Artım KOB-ların sayında, məşğulluqda və əlavə dəyərdəki payında, işçilərinin sayında özünü göstərir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2024-cü ildə KOB-ların sayı 424 min 437 olub ki, bu əvvəlki illə müqayisədə 5,8% çoxdur. 2023-cü illə müqayisədə ötən il KOB-ların yaratdığı əlavə dəyərin həcmi 3,4% artaraq 21,1 milyard manat təşkil edib.

2023-cü ildə KOB subyektlərində çalışan işçilərin sayı 390 min 800 nəfər olduğu halda, ötən il bu göstərici 417 min 800 nəfər olub. Bu isə 6,9% artım deməkdir. Qeyd edilən artım fonunda KOB-ların məşğulluqdakı payı 45,3%-ə yüksəlib.

Ümumilikdə son bir neçə ildə ölkə iqtisadiyyatında və məşğulluqda KOB-ların rolunun artması müşahidə edilir. Bu, KOB-ların iqtisadiyyatın dayanıqlı inkişafına daha çox töhfə verdiyini, dövlət tərəfindən KOB-ların fəaliyyətinə göstərilən dəstək tədbirlərinin effektivliyini nümayiş etdirir.

Qeyd edək ki, ölkə üzrə qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin 99,7%-ni KOB subyektləri təşkil edir.

İş elanları AzVak.az-da

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
10
marja.az

10Mənbələr