AZ

YAP Nizami rayon təşkilatı tədbir keçirdi - FOTOLAR

Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə “Fenomenal liderlik və strateji qərarvermə nümunəsi: Azərbaycanın uğur formulunun mərkəzində Prezident İlham Əliyev faktoru” mövzusunda tədbir keçirilib. 

"Unikal" xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə öncə Prezident İlham Əliyevin tarixi fəaliyyəti nəticəsində ölkəmizdə əldə olunan möhtəşəm uğurları əks etdirən videoçarx nümayiş olunub.

Sonra Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Rasim Musabəyov, Könül Nurullayeva və Naqif Həmzəyev, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış edərək, fenomenal liderlik və strateji qərarvermə bacarığı sayəsində ölkəmizi sülh və sabitlik məkanına çevirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dünya siyasi arenasında qətiyyətli addımlarla irəliləyən, yüksək nüfuza və söz sahibinə çevrilmiş daha güclü Azərbaycan naminə apardığı müdrik siyasətdən danışıblar.

Qeyd edilib ki, bu gün Azərbaycan Respublikası dövlətçilik tarixində heç zaman olmamış qədər güclü və qüdrətlidir. Azərbaycan Respublikası müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük tarixi nailiyyətlər əldə edir, parlaq uğurlar qazanır. Azərbaycan regionda son 220 il ərzində mövcud olmuş geosiyasi konyukturanı dəyişib, Türk və müsəlman dünyasının son iki əslik tarixində ilk dəfə olaraq işğalda olan torpaqları azad edib, hər zaman xəyalını qurduğumuz Türk dünyasının güclü birliyini formalaşdırıb, Avrasiya geosiyasi məkanında enerji-nəqliyyat və kommunikasiya xəritəsini əhəmiyyətli dərəcədə dəyişib.

Çıxışlarda əldə olunan parlaq uğurlar, misilsiz tarixi nailiyyətlər xüsusi vurğulanıb.

Tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin ideyalarını və dövlətçilik siyasətini müasir dövrdə böyük uğurla həyata keçirən layiqli davamçı Prezident  İlham Əliyevə dərin ehtiram və sonsuz minnətdarlıqlarını ifadə edərək doğum günü münasibətilə təbrik edib, Ona uzun ömür, möhkəm cansağlığı, xalqımız və dövlətimiz naminə həyata keçirdiyi möhtəşəm tarixi fəaliyyətində yeni-yeni  uğurlar və qələbələr arzulayıblar.

Seçilən
80
50
unikal.az

10Mənbələr