AZ

Serbiyadan Azərbaycana investisiya qoyuluşu 28 dəfədən çox artıb

Serbiyadan Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcmində kəskin artım qeydə alınıb.

FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Cari ilin yanvar-sentyabr aylarında bu ölkədən 6 milyon 187 min dollar investisiya yatırılıb. Bu göstərici ötən illə müqayisədə 28,3 dəfə və ya 5 milyon 969 min dollar çoxdur.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə Serbiyadan ölkəmizə cəmi 219 min dollar investisiya yatırılmışdı.

Seçilən
28
fed.az

1Mənbələr