Tbilisi Moskva ilə praqmatik münasibətləri qoruyaraq Avropa İttifaqı və NATO-ya inteqrasiyaya çalışır.
"Yeni Sabah" xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan edib.
"Müxalifətin hazırkı hakimiyyətin Avropa İttifaqı və NATO-ya inteqrasiya kursundan əl çəkmək istəməsi ilə bağlı iddiaları boş spekulyasiyadır. Belə bir plan yoxdur. Hər şeyi bir kənara qoysaq belə, parlamentdə belə qərarlar qəbul etmək üçün konstitusiya çoxluğu yoxdur", - Kobaxidze "Rustavi 2"nin efirində deyib.
"Biz dəfələrlə bildirmişik ki, Brüssel Gürcüstanın Avropa İttifaqına daxil olması ilə bağlı sənədi masaya qoyan kimi biz onu dərhal imzalayacağıq, lakin biz cavab görməmişik. NATO-nun açıq qapı siyasətinə gəlincə, məlum olur ki, belə deyil", - baş nazir əlavə edib.
O, Gürcüstanın Rusiya ilə bağlı siyasətindən danışaraq, bu məsələdə “işğalla bağlı” qırmızı xətlərin olduğunu bildirib.
"Tarixi regionlarımızın 20%-i işğal altında qaldıqca, status-kvonu dəyişmək, o cümlədən diplomatik münasibətləri bərpa etmək mümkün deyil. Eyni zamanda, bizim Rusiya ilə ticari-iqtisadi əlaqələrimiz var və biz praqmatik siyasət yürütməkdə davam edirik. Məqsədimiz münaqişələri sülh yolu ilə həll etməkdir", - Kobaxidze bildirib.
Telegram kanalımız