AZ

Son 22 ildə Azərbaycan iqtisadiyyatında artım faizi qlobal inkişaf dinamikasını azı 100 faiz bənd üstələyib – Deputat

Bakı. Trend:

Prezident İlham Əliyevin 22 illik prezidentlik dövründəAzərbaycan iqtisadiyyatı 4 dəfə böyüyüb.

Trend xəbərverir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin bugünküplenar iclasında deyib.

Millət vəkili bildirib ki, bu müddətdə qlobal ümumi daxiliməhsul 39.3 trilyon dollardan 113.8 trilyon dollaradək artıb:

“Yəni dünya iqtisadiyyatında 2.9 dəfə artım qeydə alınıb. Bu isəo deməkdir ki, həmin müddətdə Azərbaycan iqtisadiyyatında artımfaizi qlobal inkişaf dinamikasını ən azı 100 faiz bəndüstələyib.

Həmin müddətdə Azərbaycanın xarici ticarət dövriyyəsi 11 dəfəartıb. Qlobal ticarət dövriyyəsi isə sözügedən arada 9.14 trilyondollardan 33.0 trilyon dollaradək yüksəlib. Yəni, həmin müddətdənqlobal ticarət 3.6 dəfə artıb. Deməli, Azərbaycan ticarətdövriyyəsi son 22 ildə qlobal ticarət ilə müqayisədə 3 dəfə bənddaha çox artıb.

Fiskal gəlirlərimiz və eləcə də qeyri-resurs ÜDM-dəki artımfaizləri də yüksək artım faizləri ifadə olunur. Bu isə ondan xəbərverir ki, son 22 ildə Prezident İlham Əliyevin rəhbərliyiAzərbaycan iqtisadiyyatındakı və eləcə də digər makro-iqtisadigöstəricilərdəki artım faizi qlobal orta artım faizləriniüstələyib”.

Seçilən
29
3
az.trend.az

8Mənbələr