ain.az, Qol.az portalına istinadən məlumat yayır.
Azərbaycan millisinin formaları satışda - Şəkillər
Azərbaycan milli komandasının rəsmi formaları “Puma” mağazalarında satışa çıxarılıb.
QOL.az xəbər verir ki, bununla bağlı “Puma” mağazasında təqdimat tədbiri keçirilib.
Tədbirdə kişilərdən ibarət milli komandamızın üzvləri Rza Cəfərov, Elvin Cəfərquliyev və qadınlardan ibarət millimizin futbolçusu Manə Mollayeva iştirak ediblər. Oyunçular azarkeşlərlə görüşüb, onlara avtoqraf verib, xatirə şəkilləri çəkdirib və tədbir barədə fikirlərini bölüşüblər.Bundan sonra milli komandanın formaları bu ünvanlarda satışda olacaq:
• “Crescent Mall”, “Puma” mağazası
• Səməd Vurğun 18A, “Park Center” ticarət mərkəzi, “Puma” mağazası
Yuxarı
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.