AZ

Kasparovun işi məhkəməyə göndərildi: Həbs olunacaq?

Şahmat üzrə 13-cü dünya çempionu Harri Kasparov terrorçu fəaliyyəti təşviq etmək və ya terrorizmi təqdir etmək ittihamı ilə yeddi ilədək həbs cəzası ala bilər.

Publika.az xəbər verir ki, bu barədə “RIA Novosti” məhkəmə materiallarına istinadən məlumat yayıb.

Bildirilir ki, Kasparova qarşı Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi üzrə iş açılıb (kütləvi informasiya vasitələri və ya internetdən istifadə etməklə terrorçu fəaliyyəti təşviq etmək, terrorizmi təqdir etmək və ya təbliğatı). Bu maddə üzrə cəza beşdən yeddi ilədək həbsdir.

Agentliyin məhkəmə materiallarından əldə etdiyi məlumata görə, istintaq Moskvanın Zamoskvoreçye məhkəməsinə şahmatçının həbs olunması ilə bağlı vəsatət göndərib.

Seçilən
42
publika.az

1Mənbələr