AZ

Azərbaycanla Oman arasında diplomatik pasport sahibləri vizadan qarşılıqlı azad edilir

Bakı. Trend:

Azərbaycanla Oman arasında diplomatik, xüsusi və xidməti pasportsahibləri vizadan qarşılıqlı azad ediləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə edilib.

29 oktyabr 2025-ci il tarixində Məsqət şəhərində imzalananAzərbaycan Respublikası Hökuməti ilə Oman Sultanlığı Hökumətiarasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin vizadanqarşılıqlı azad edilməsi haqqında Saziş iki dövlət arasındaqarşılıqlı səfərlərin sadələşdirilməsini və müvafiq pasportsahibləri üçün vizasız rejimin tətbiqini nəzərdə tutur. Sazişbərabərlik və qarşılıqlılıq prinsipləri əsasında bağlanıb.

Sazişə əsasən, Tərəflərin etibarlı diplomatik, xüsusi və xidmətipasportlarına malik vətəndaşları digər Tərəfin ərazisinə vizasızdaxil ola, oradan çıxa və tranzit keçə bilərlər. Qalma müddəti hər180 gün ərzində 90 gündən artıq olmamalıdır. Qalma müddətininuzadılması qəbul edən dövlətin milli qanunvericiliyinə uyğun olaraqviza əsasında həyata keçirilir.

Saziş çərçivəsində dövlət ərazisinə daxil olan pasportlarıngiriş tarixindən etibarən azı 6 ay müddətində etibarlı olması tələbolunur. Vizasız rejimdən istifadə edən şəxslər qəbul edən dövlətinmiqrasiya, sərhəd, gömrük və ictimai təhlükəsizlik sahəsindəqanunvericiliyinə riayət etməlidirlər.

Saziş digər Tərəfin ərazisində akkreditə olunmuş diplomatiknümayəndəliklərin, konsulluqların və beynəlxalq təşkilatlarınüzvlərinə, habelə onların ailə üzvlərinə də şamil edilir.

Hər bir Tərəf milli təhlükəsizlik, ictimai asayiş və ya ictimaisağlamlıq maraqları naminə Sazişin tətbiqini tam və ya qismənmüvəqqəti dayandıra bilər və bu barədə digər Tərəfi diplomatikkanallar vasitəsilə məlumatlandırır.

"Azərbaycan Respublikası Hökuməti ilə Oman Sultanlığı Hökumətiarasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin vizadanqarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədəqanun layihəsi səsverməyə qoyularaq bir oxunuşdaqəbul edilib.

Məqalədə:
Seçilən
32
1
az.trend.az

2Mənbələr