AZ

QHT sədri: "Kooperativ təsərrüfatlar muğan bölgəsində aqrar inkişaf üçün zəruridir"

“Muğan Düzü” Sosial İnkişaf İctimai Birliyinin sədri Vidadi Quliyev QHT.az-a bildirib ki, 2024–2025-ci illərdə Muğan bölgəsində kənd təsərrüfatının inkişafına yönəlmiş seminar xarakterli tədbirlər təşkil olunub.

Onun sözlərinə görə, 2024-cü ildə pambıqçılıq, 2025-ci ildə isə taxılçılıq sahəsində keçirilən seminarlar çərçivəsində fermerlərlə birbaşa müzakirələr aparılıb:

"Aparılan təhlillər göstərir ki, fermerlərin əksəriyyəti kiçik və pərakəndə torpaq sahələrinə malikdir. Bir çox hallarda fermerlərin 1–2 hektar torpaq sahəsi olur və bu sahələr yaşayış yerindən uzaqda yerləşir ki, bu da əlavə xərclərin yaranmasına və təsərrüfatın səmərəliliyinin azalmasına səbəb olur. Muğan Düzü SİİB-in apardığı təhlillər sübut edir ki, mövcud şəraitdə fermerlərin əksəriyyətində məhsuldarlıq aşağı, məhsulun maya dəyəri isə yüksəkdir. Nəticədə bu təsərrüfatlar özünü doğrultmur və fermerlər ziyanla işləməyə məcbur qalırlar".

QHT sədri həmçinin bildirib ki, 22.08.2025-ci il tarixində Saatlı rayonunda “Muğan Düzü” SİİB tərəfindən keçirilən tədbir-seminar çərçivəsində Əkinçilik Elmi-Tədqiqat İnstitutunun istehsalat üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Qərib Novruzlu bildirmişdir ki, yüksək məhsuldarlığın əldə olunması yalnız toxumdan asılı deyil və buna təsir edən 14 əsas faktor mövcuddur:

"Bu faktorlara torpağın düzgün hazırlanması, qida rejiminin tənzimlənməsi, sortun düzgün seçilməsi, alaq və xəstəliklərlə mübarizə, suvarma və toxumun iqlimə uyğun əkilməsi daxildir. Fermerlər əkin sahələrindəki torpaqları regional aqrokimya laboratoriyalarında analiz etdirməlidirlər və.s. Lakin Muğan Düzü SİİB belə qənaətə gəlir ki, kiçik təsərrüfatlar bu aqrotexniki tələblərin öhdəsindən təkbaşına gəlmək imkanına malik deyil və aparılan tədbirlərin, müzakirələrin və analitik qiymətləndirmələrin nəticəsi olaraq mövcud problemlərin həlli üçün könüllülük prinsipi əsasında kooperativ təsərrüfat modelinə keçid zəruri hesab olunur".

Seçilən
58
qht.az

1Mənbələr